Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
“Kimliyindən asılı olmayaraq, qanunun prinsiplərini pozmuş şəxslər məsuliyyətə cəlb oluna bilərlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Fuad Nəcəfli barəsində səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.
Qeyd: Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürlən ittihamlar 2018-2023-cü illəri əhatə edir. Ona qarşı irəli sürülən ittihamlarda Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin də adı hallanır.