Həbsdə olan jurnalist Şəmşad Ağanın ailəsində üçüncü faciə
Həbsdə olan jurnalist Şəmşad Ağanın ailəsindən daha bir bədbəxt hadisə baş verib.
Jurnalistin bacısı Zəminə Ağayeva vəfat edib.
Beləliklə, son 6 ay ərzində Şəmşad Ağa üçüncü dəfə yaxınını itirir.
Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva xərçəng xəstəliyindən vəfat etmişdi.
Bu ilin yanvarın 28-də isə o, anasını itirib.
Allah rəhmət eləsin.