Sosial şəbəkədə biz:
“Həmin professoru, it də tanımır!”
Xəbər Şəkli

“Həmin professoru, it də tanımır!”

30 October 2025, 10:13
Cəmiyyət

“Televiziya aparıcıları qonaqları təqdim edəndə adam xəcalət çəkir”.

Bu açıqlama ilə  yazıçı Xeyrəddin Qoca çıxış edib.

O, bildirib ki, teleaparıcılar təxminən belə bir təqdimatla başlayırlar: “Elmlər doktoru, professor, filan qədər kitab müəllifi, filan qədər dissertantı olan, filan medalların laureatı, gözəl ürəkli... insan filankəs qonağımızdır”. pizza

Bu o deməkdir ki, həmin professoru, üzr istəyirəm, it də tanımır! “Alim” deyin, qurtarsın, getsin!

Bilirsiniz, aparıcılar niyə belə danışırlar? Yəni, tamaşaçılar, dinləyicilər bilsinlər ki, biz efirimizə hər adamı çağırmırıq! Guya bununla televiziyaların "hörmətini" qaldırmaq üçün çalışırlar...”