Sosial şəbəkədə biz:

Həsən Həsənov: “Novruzda odun üstündən tullanırlar, Zərdüşt qeyd edir ki, odun üstündə dayanan Cəhənnəmə düşür”

Həsən Həsənov: “Novruzda odun üstündən tullanırlar, Zərdüşt qeyd edir ki, odun üstündə dayanan Cəhənnəmə düşür”
Xəbər Şəkli
21 September 2026, 15:21
Cəmiyyət

“Babalarımız zərdüşt olmayıb. Novruz bayramı başlayan kimi titrəməyə başlayıram. Hamı yazır ki, odun üstündən tullanırlar. Halbuki Zərdüşt öz kitabında qeyd edir ki, odun üstündə dayanan adam Cəhənnəmə düşür. Bunlar hamısı tarixi faktları bilməzlikdən irəli gəlir”.

Bu sözləri tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

“Bu gün erməni deyəndə ki, Albaniyanın nə varisi varsa, bizimdir, bilməlisiniz, bunlar boş söhbətdir. Məğlubiyyətimiz əvvəldən informasiya müharibəsində uduzmağımızdan başladı. Jurnalistlər tarixi faktları yaxşı bilməlidirlər. Bizdə olan mənbələr ermənilərdə yoxdur. Onlar özlərindən olmayan mənbələr icad ediblər, dünyanı da buna inandırıblar. Biz isə tarixi mənbələrimizə hələ nə özümüz inanmışıq, nə də dünyanı inandıra bilmişik”, - H.Həsənov deyib.