Sosial şəbəkədə biz:

İcra başçısından bazarda yaşlı satıcılara "sən" xitabı: "Siz" hara yoxa çıxdı?

İcra başçısından bazarda yaşlı satıcılara "sən" xitabı: "Siz" hara yoxa çıxdı?
Xəbər Şəkli
23 November 2026, 10:01
Cəmiyyət

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə gündəm olub.

Belə ki, icra başçısı bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiyməti, satış vəziyyəti və gündəlik ticarətlə maraqlanıb.

O, satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib.

Videoda icra başçısının sakinlərlə söhbət zamanı azı iki nəfər yaşlı vətəndaşa "sən" deyə müraciət etdiyi görünür. Azərbaycanda yaşlı insanlara və özündən böyüklərə "siz" deyə xitab etmək hörmət ifadəsidir. Səmimi söhbətdə də bu müraciət formasını qorumaq mümkündür. Oxu.Az