Sosial şəbəkədə biz:

Zaur Elgizin tərəfini saxladı - “Heç bir verilişimizə baxılmır”

Zaur Elgizin tərəfini saxladı - “Heç bir verilişimizə baxılmır”
Xəbər Şəkli
21 November 2026, 10:52
Mədəniyyət

Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin televiziya proqramları ilə bağlı tənqidlərinə dəstək verib.

Aparıcı bu barədə sosial şəbəkədəki canlı yayımı zamanı danışıb.

O, televiziya kanallarında yenilik olmadığını, tənqid edilən verilişlərin əvvəlki kimi efirə getdiyini bildirib: 

“Hazırda hansı yenilik var? Tənqid olunan şeylərin hamısı yenə efirə gedir. Elgiz düz deyir. Nə desin? Nə var? Hansı kanalda yenilik var? Pul alırlar, maliyyələşirlər, ortada yeni heç nə yoxdur.

Biləcəridən o tərəfə heç bir verilişimizə baxılmır. Yaxşı, lap bizim verilişlərimizi bağladınız. Bəs hanı? Kimə baxırlar? Hansı veriliş populyardır, hansı proqram dünyaya çıxır? Ona görə də indi hamı sosial şəbəkədədir. İnşallah, tezliklə həll olunar”. yenisabah