“Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar”.
Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Kəşfet” proqramında deyib.
Avtomobilinin olmadığını bildirən müğənni taksidən çox istifadə etdiyini söyləyib:
“Xanımı bizə qaz əti bişirmişdi. Çox da gözəl idi. Taksidə gəzəndə nə olur ki... Avtomobilim yoxdur. Almağı düşünürəm. Amma kredit yox, nağd pulla alacağam. Mən cip sevirəm. Rayonlarda, yollarda oluram. Uşaqlıqda “Niva” sevirdim”./NOCOMMENT