Sosial şəbəkədə biz:

SSRİ-nin dağılmasından 35 il sonra Özbəkistanda ilk

SSRİ-nin dağılmasından 35 il sonra Özbəkistanda ilk
Xəbər Şəkli
05 November 2026, 08:50
Dünya

Özbəkistan SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq bir il ərzində 5 milyon ton pambıq yığmağa nail olub.

Bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, ölkədə pambıq yığımı hələ başa çatmayıb və tarlalarda məhsul qaldığından yekun göstəricinin daha da artacağı gözlənilir.

Pambıq Özbəkistan iqtisadiyyatının əsas kənd təsərrüfatı məhsullarından biridir. Bu sahənin payına ölkənin ümumi daxili məhsulunun təxminən 3 faizi, sənaye istehsalının isə 15 faizi düşür. Pambıqçılıq və toxuculuq sektorunda 623 min nəfər çalışır. Sektor ölkənin ümumi ixracının təxminən 10 faizini təşkil edir.

SSRİ dövründə Özbəkistan pambıq istehsalının əsas mərkəzlərindən biri idi. Sovet statistikasına görə, respublikada 1980-ci ildə 5,1 milyon, 1985-ci ildə 5,38 milyon, 1990-cı ildə isə 5,06 milyon ton pambıq tədarük edilmişdi. Müqayisə üçün, həmin dövrdə Azərbaycanda 1980-ci ildə 788 min, 1985-ci ildə 616 min, 1990-cı ildə isə 543 min ton pambıq qeydə alınmışdı.

2026-cı ildə Özbəkistanda pambıq yığımı üçün 4,5 milyon tonluq hədəf müəyyən edilmişdi. Artıq bu göstərici 500 min ton üstələnib. Ötən il ölkədə təxminən 4 milyon ton pambıq yığılmışdı.

Musavat.com