Sosial şəbəkədə biz:
İqtisadiyyat müsabiqəsinin qalibləri elan olundu - FOTOLAR
Xəbər Şəkli

İqtisadiyyat müsabiqəsinin qalibləri elan olundu - FOTOLAR

21 June 2026, 11:40
Cəmiyyət

“İqtisadiyyat Müsabiqəsi 2026"nın nəticələrinin elan edilməsi və sertifikatların təqdimatı mərasimi dünən Safran Hoteldə keçirilib. Tədbirdə dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər və ölkənin müxtəlif bölgələrindən olan yuxarı sinif şagirdləri iştirak ediblər.

Mərasimdə çıxış edən Milli Məclisin deputatları iqtisadi savadlılığın erkən yaşlardan formalaşdırılmasının və gənclərin bu sahəyə marağının artırılmasının əhəmiyyətini vurğulayıblar. Deputat Ceyhun Məmmədov bildirib: "Şagirdlərin beynəlxalq müsabiqələrdə iştirakı və xaricdə təhsil proqramları vasitəsilə biliklərini artıraraq ölkəmizi layiqincə təmsil etmələri xüsusi əhəmiyyət daşıyır." Deputat Müşfiq Məmmədli isə qeyd edib: "İqtisadiyyat həyatımızın bütün sahələrində mövcuddur. Bu səbəbdən gənclərin iqtisadi biliklərə yiyələnməsi və bu sahədə inkişafı gələcəyimiz üçün vacibdir." Deputat Müşfiq Cəfərov çıxışında layihəyə göstərilən dəstəyi yüksək qiymətləndirərək bildirib: "Elm və Təhsil Nazirliyinin bu təşəbbüsə göstərdiyi diqqət və dəstək iqtisadi təhsilin inkişafına verilən önəmin bariz göstəricisidir."

Tədbir çərçivəsində müsabiqənin məktəb, regional və milli mərhələləri üzrə nəticələr təqdim olunub. Yazılı və şifahi imtahanların yekunlarına əsasən ölkə üzrə Top 10 finalçı və Top 3 qalib müəyyən edilib.
Mərasim zamanı Yunanıstanda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək Top 3 qalib və Top 10 finalçının adları rəsmi olaraq elan olunub, qaliblərə sertifikatlar təqdim edilib. Bununla yanaşı, müsabiqədə iştirak edən bütün şagirdlərə göstərdikləri maraq, əzm və iqtisadi biliklərin öyrənilməsinə verdikləri önəmə görə təşəkkür edilib.
"İqtisadiyyat Müsabiqəsi" ölkə üzrə gənclər arasında iqtisadi biliklərin təşviqi, analitik düşüncə və tənqidi təhlil bacarıqlarının inkişafına xidmət edən mühüm təhsil təşəbbüsüdür. Layihənin növbəti illərdə daha çox məktəb və şagirdi əhatə etməklə daha geniş miqyasda həyata keçirilməsi plan.

Azinforum.az