Sosial şəbəkədə biz:
“İştaham kəsilib, bütün günü başım fırlanır” – 84 yaşlı Ofeliya Sənani gileyləndi
Xəbər Şəkli

“İştaham kəsilib, bütün günü başım fırlanır” – 84 yaşlı Ofeliya Sənani gileyləndi

08 October 2025, 09:12
Cəmiyyət

“Hava dəyişən kimi mən də pisləşirəm. Tərpənə bilmirəm, evin içində bütün günü oturub qalıram”. 

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib. Səhhətindən gileylənən diktor bildirib ki, yeriməkdə çətinlik çəkir:

“Ürəyim çox zəifdir. İnfarktdan sonra zəifləmişəm. Nə xörək bişirə, nə ev yığışdıra bilirəm. Divana söykənib halsız uzanıram, gücüm yoxdur. Qan təzyiqim tez-tez düşür. İynələr vurulur, heç nə təsir etmir. Gücüm yuxdur, başım fırlanır. İştaham da kəsilib, heç nə boğazımdan keçmir”.

 

O. Sənani bildirib ki, hazırda ona qohumu baxır.

 

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.