İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapıldı
Dekabrın 30-da itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılıb.
Bu barədə Azinforum.az-aDaxili İşlər Nazirliyinin mətubat xidmətindən bildirilib.
Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.