Sosial şəbəkədə biz:
KXCP sədrinin 18 yaşlı nəvəsi hansı səbəbdən ölüb?
Xəbər Şəkli

KXCP sədrinin 18 yaşlı nəvəsi hansı səbəbdən ölüb?

18 December 2025, 08:16
Cəmiyyət

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.

Bu barədə APA-ya ailəsindən xəbər verilib.

Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu dünən saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.