Sosial şəbəkədə biz:
Lerikdə şəhid bacısı ölümündən 3 gün sonra dəfn olundu
Xəbər Şəkli

Lerikdə şəhid bacısı ölümündən 3 gün sonra dəfn olundu

24 January 2026, 10:41
Cəmiyyət

Lerikdə şəhid bacısı vəfat etdiyi gündən üç gün sonra torpağa tapşırılıb.

Barzavu kənd sakini, 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xaliqin bacısı Qənbərova Əntiqə 20 yanvar tarixində dünyasını dəyişib.

Lakin həmin tarixdə kəndə güclü qar yağdığı üçün onun dəfni mümkün olmayıb.

Nəticədə dəfn prosesi gecikib. Əntiqə Qənbərova bu gün torpağa tapşırılıb./Oxu.az