Sosial şəbəkədə biz:
Lisenziyası ləğv edilən "General Hospital" nazirliyin qərarına məhəl qoymur
Xəbər Şəkli

Lisenziyası ləğv edilən "General Hospital" nazirliyin qərarına məhəl qoymur

17 July 2026, 09:13
Cəmiyyət

Saxta sağlamlıq arayışı verdiyi üçün ötən ay lisenziyası ləğv edilən "General Hospital" hələ də fəaliyyət göstərir. 


Söhbət Qaraçuxur qəsəbəsi Rafiq Alcanov küçəsində yerləşən tibb mərkəzindən gedir. 


Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyəti ləğv edilən tibb müəssisəsi hələ də arayış verməyə davam edir.


Baş həkim Rüstəm Mikayılov sözügedən qərarla razılaşmadıqları üçün aidiyyəti üzrə müraciət etdiklərini və fəaliyyətlərini davam etdirdiklərini bildirib. 


İqtisadiyyat Nazirliyindən bildirilib ki, "General Hospital"a verilən lisenziya ləğv edilib. Tibb müəssisəsinin lisenziyasız fəaliyyətini davam etdirməsi ilə bağlı tədbirlərin görülməsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Xidmətinə həvalə olunub. Məsələ ilə bağlı araşdırmaya başlanılıb.  Real TV