Sosial şəbəkədə biz:

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
Xəbər Şəkli
08 September 2026, 08:25
Cəmiyyət

Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.

Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, – aktyor bildirib.

Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, aidiyyəti üzrə müraciət edilməlidir:

“Cərimə bizə aid deyil”.