Sosial şəbəkədə biz:
Naxçıvan-Bakı-Naxçıvan avtobus reyslərinin sayı artırılıb
Xəbər Şəkli

Naxçıvan-Bakı-Naxçıvan avtobus reyslərinin sayı artırılıb

31 August 2025, 10:39
Cəmiyyət

Naxçıvan-Bakı-Naxçıvanmüntəzəm avtobus reyslərinin sayı yenidən artırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişlərin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.
Hazırda Naxçıvan-Bakı avtobus marşrutunun hərəkət qrafikinə daha bir reys əlavə olunaraq reyslərin sayı 5-dən 6-ya çatdırılıb. Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər.