“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC Azərkosmosa 204 min ödəyəcək
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC telekomunikasiya peykinin transponder tutumundan istifadə xidmətinə 204 612 AZN sərf edəcək.
Vəsait “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsinə ödənəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.