Naxçıvanda ayı insana hücum edib
Naxçıvanda ayı insanlara hücum edib, bir sakinə ciddi xəsarətlər yetirib.
Hadisə rayonun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Məmmədovun və onun oğlunun üzərinə hücum edib.
Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.