Sosial şəbəkədə biz:
Naxçıvanda istirahət mərkəzində faciə - 3 ölü, 2 yaralı
Xəbər Şəkli

Naxçıvanda istirahət mərkəzində faciə - 3 ölü, 2 yaralı

05 September 2025, 09:24
Cəmiyyət

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.

“Nuhçıxan” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib. Bununla da bədbəxt hadisə nəticəsində 1 ailənin 3 üzvü ölüb.

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.

Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.