Sosial şəbəkədə biz:

Nazir: "Azərbaycanda rus bölmələri bağlanacaq deyə bir şey yoxdur"

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 Nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələri bağlanacaq deyə bir şey yoxdur.

“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Ölkədə bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, - nazir qeyd edib.

 

APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol