Sosial şəbəkədə biz:
Nərimanov Rayon Məhkəməsinə bir gündə 250 iş daxil olub
Xəbər Şəkli

Nərimanov Rayon Məhkəməsinə bir gündə 250 iş daxil olub

22 May 2026, 18:07
Cəmiyyət

Bu gün Nərimanov Rayon Məhkəməsinə “7” indeksi ilə 250 iş daxil olub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, həmin işlər əsasən Nərimanov rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrindən daxil olan, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzaçəkmə rejiminin dəyişdirilməsi ilə bağlı müraciətlərdən ibarətdir.

Bu fakt bir daha göstərir ki, Penitensiar sistem və məhkəmələrin üzərinə düşən yük kifayət qədər böyükdür.

Qeyd edək ki, son günlər xüsusilə AŞPA-nın Azərbaycanda məhbus sayı ilə bağlı hesabatından sonra müzakirələr davam edir.

Bir çox ictimai-siyasi şəxslər sözügedən məsələnin qısa zamanda praktiki olaraq həll olunmasını da vacib buyurur.

Xüsusən də məhkumların şərti olaraq vaxtından əvvəl azad olunması və rejim dəyişikliyi ilə bağlı müraciətlərin bir gündə bu həcmdə məhkəməyə daxil olması diqqətçəkən göstəricidir.