Sosial şəbəkədə biz:
Ofeliya Sənani: ““AzTV”də intriqalar həddindən artıq çox güclü idi, deyirdilər ki, sən get, biz gələk”
Xəbər Şəkli

Ofeliya Sənani: ““AzTV”də intriqalar həddindən artıq çox güclü idi, deyirdilər ki, sən get, biz gələk”

01 September 2025, 12:42
Cəmiyyət

Xalq artisti Ofeliya Sənani televiziya aparıcılarından gileylənib.

Bu barədə “Həftənin qonağı” verilişində danışan 

O.Sənani deyib ki, kanalların bəziləri konsert proqramlarına üstünlük verirlər, kim gəldi, oxuyur - təcrübəli də, təcrübəsiz də.

“Buna görə də xoşlamıram. Aparıcılar bəzi vaxtlar rus soyadlarını, xarici adları, xarici ölkələrin paytaxtlarının adlarını düzgün demirlər. Azərbaycan dilində isə aparıcılarda ləhcə var. 35 il Azərbaycan Dövlət Televiziyasında işlədim. Orada rəqabət, intriqalar həddindən artıq çox güclü idi. Artıq 35 yaşım olanda gənclər üzümə deyirdilər ki, əl çək də, imkan ver, biz də işləyək, siz gedin, biz gələk. Gülürdüm, keçirdim, zarafata salırdım. Mənə elə deyənlər indi yoxdurlar, tez getdilər, səbirləri çatmadı. Elə vaxt olub ki, mən verilişə qohumumun, əzizimin, hətta anamın yasından çıxıb getmişəm. Verilişdə özümü tamamilə dəyişirdim. Xalqın nə təqsiri var? Mən niyə özümü qəmgin göstərməliyəm, əhvalımı tamaşaçıya aşılamalıyam? Tamaşaçının az dərdi var?” – o bildirib.