Sosial şəbəkədə biz:

Oğlunun ölüm xəbərini eşidən ana da öldü - Abşerinda faciə

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.

Partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Partlayış zamanı mənzildə iki uşaq olub. Onlardan biri, 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana da onun itkisinə dözməyərək ölüb.

Mənzildəki digər uşaq sağdır. Məlumata görə, uşaqların atası onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol