Qalmaqallı sualla bağlı MÜTDA-dan açıqlama
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) dərs vəsaitində yer almış sualla bağlı açıqlama verib.
Bu barədə MÜDTA “Qafqazinfo”nun sorğusuna cavab verib.
Bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil:
“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”.