Qızı Fəzail Ağamalının yasında adam döydürüb? - AÇIQLAMA
Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalının mərhum atası Fəzail Ağamalının yas mərasimində (yeddisi günü-red) öz köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi barədə xəbərlər yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, köməkçi Günay Ağamalının arxasınca danışmaqda günahlandırılıb.
Deputat Günay Ağamalı yayılmış iddialarla bağlı pravda.az-a açıqlama verərək xəbəri təkzib etsə də, köməkçisinin partiyadan uzaqlaşdığını təsdiqləyib:
“Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır...”