Sosial şəbəkədə biz:
Rza Talıbov Batumidəki otelini geri alıb – OCCRP
Xəbər Şəkli

Rza Talıbov Batumidəki otelini geri alıb – OCCRP

25 September 2025, 08:53
Cəmiyyət

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanın Batumi şəhərində yerləşən dəbdəbəli oteli yenidən satın alıb.
Bu barədə jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP məlumat yayıb.
Qeyd olunur ki, o, may ayında “London 1889” adı ilə rebrendinq olunan otelin sahibi olan “B-Pearl Turizm” şirkətinin 100 faiz səhmlərini alaraq əmlaka nəzarəti bərpa edib.
Alqı-satqı dəyəri 8,6 milyon dollar təşkil edib. Talıbov bildirib ki, alış bank kreditləri hesabına maliyyələşdirilib.
Məlumatda bildirilir ki, bu otel əvvəllər də Talıbovlara məxsus olub və “Divan Suites” adlanıb. Otel 2023-cü ilin yanvarında satılıb.