Sosial şəbəkədə biz:
SDU-nun rektor əvəzinin professor adı ləğv edildi
Xəbər Şəkli

SDU-nun rektor əvəzinin professor adı ləğv edildi

31 December 2025, 11:04
Cəmiyyət

Sumqayıt Dövlət Universitetinin (SDU) rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.
Bu barədə Globalinfo.az məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.