Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, tək övlad Samir Əliyevin anası Sevda Aydın qızı Əliyeva (Samirli) bugünlərdə Ümrə ziyarətindən qayıtması ilə bağlı ehsan süfrəsi-məclis təşkil edib.
Ehsan süfrəsi-məclis bu gün-10 sentyabr 2026-cı il tarixində, axşam saatlarında “Nur” mərasim evində baş tutub.
Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Şəhidlərimizin ruhlarına dualar edilib.
Həmçinin, məclisin, ehsan süfrəsinin səbəbkarı Sevda xanıma ziyarətinin qəbul olması dilənib, Şəhid anasına can sağlığı, Allahdan səbr və dözüm arzulanıb.
Sevda xanım və anası-Şəhid nənəsi Cəmil xanım da öz növbəsində ziyarəti təşkil edənlərə və onların dəvətini qəbul edib, məclisə gələnlərə minnətdarlıqlarını ifadə ediblər.
Məclis təxminən 3 saat davam edib.
Xatirə fotoları çəkdirilib.






