Sosial şəbəkədə biz:
Sənədsiz evlərə su verilməyəcək? − Sədr açıqladı
Xəbər Şəkli

Sənədsiz evlərə su verilməyəcək? − Sədr açıqladı

13 April 2026, 07:47
Cəmiyyət

“2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var”.
Bu fikirləri “Xəzər TV”də yayımlanan “Cavabdeh” adlı müsahibədə ADSEA-nın sədri Zaur Mikayılov bildirib.
O qeyd edib ki, bu, stimullaşdırmanın azalmasıdır:
“Yəni insanlar bir yerdə ev tikməzdən əvvəl, sənədsiz olacağı təqdirdə kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini anlayacaqlar. Bunlar həmin evin tikilməsinə təsir edəcək. Lakin yanlız bununla sənədsiz ev probleminin həll olunacağını düşünmək sadəlövlük olar. Çünki torpaq məcəlləsi, torpağın istifadəsi və tikintiyə icazə verən qurumların bu işin içində olması lazımdır. Bunu etmədiyimiz üçün biz bu gün bu fəsadları görürük”.