“Səs” qəzeti bağlanır
“Səs” qəzeti fəaliyyətini dayandırır.
Bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev məlumat yayıb.
O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib:
“Media Agentliyinin qərarını 35 İllik kollektivlə son dəfə bu tərkibdə müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyev yolundan dönmədi. Amma bu gün məktəb yaratmış “SƏS” qəzeti MEDİA - nın bir qərarı ilə tarixə qovuşur. Bu Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivlə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır. Təəssüf...”.
Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərirdi.