Sosial şəbəkədə biz:
Sürücülük vəsiqələri ilə bağlı yeni qayda
Xəbər Şəkli

Sürücülük vəsiqələri ilə bağlı yeni qayda

06 April 2026, 16:05
Cəmiyyət

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Saziş təsdiq olunduqdan sonra iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq. Milli.az