Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq etmiş şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahil Abuşov və İsrail Təhməzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, həmin şəxslər zərərçəkmiş Əzimov Dağıstan Şaban oğlu oğlu, Nəzərov İnqilab Dadaş oğlu və Piriyev Orxan Asəf oğluna qarşı ümumilikdə 100 mindən çox dələduzluq ediblər.
Qeyd: Sahil Abuşov 2019-cu ildə Qulu Muxtarov və Səadət Xəlilov ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdən mərmər biznesi ilə məşğul olmaq adı ilə 2 milyon manat faizə pul alıblar. Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə isə İsrail Təhməzov 6 il 6 ay müddətə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək cəzasının 5 ilə endirilməsini xahiş etmişdi.