Sosial şəbəkədə biz:
Üç il əvvəl şəhid olan Nurəddin Mirzəzadə yad edildi - FOTOLAR
Xəbər Şəkli

Üç il əvvəl şəhid olan Nurəddin Mirzəzadə yad edildi - FOTOLAR

25 November 2025, 16:59
Cəmiyyət

Bu gün şəhid Nurəddin Mirzəzadənin anım günü idi. Onun şəhidlik mərtəbəsinə ucalmasının 3 ili tamam oldu. Anım günü ilə əlaqədar N.Mirzəzadənin dəfn edildiyi Dədə Qorqud qəbiristanlığındakı məzarı ziyarət olunub. Şəhidin məzarına tər qərənfillər düzülüb. Ruhuna dualar oxunub. Suraxanı Rayon İcra hakimiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, oxuduğu 104 saylı məktəbin şagirdləri və digərləri 19 yaşında Kəlbəcərdə xidməti vəzifəsini icra edərkən 25 noyabr 2025-ci ildə şəhidlik mərtəbəsinə ucalan Nürəddin Mirzəzadəni yad ediblər. Məzarı başında barəsində fikirlər söyləyiblər, şəhidlərin hər zaman başımızın tacı olmasını qeyd ediblər. Şəhidin valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Şəhidə, eləcə də Vətənə həsr olinmuş şeirlər səsləndirilib. Xatirə fotoları çəkdirilib. Məzarını ziyarətdən sonra “Nur” mərasim evində məclis təşkil olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib, ruhuna dua oxunub. Sonda adına ehsan süfrəsi verilib.

***

***