Sosial şəbəkədə biz:
Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb
Xəbər Şəkli

Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb

28 December 2025, 11:37
Cəmiyyət

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

Yanvarın 5-dək davam edəcək yarmarka Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə artıq 2-ci dəfədir, keçirilir.

Yarmarka şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur. (Report)