Sosial şəbəkədə biz:
Zamirə Ədilova vəzifəsindən ayrıldı
Xəbər Şəkli

Zamirə Ədilova vəzifəsindən ayrıldı

09 April 2026, 13:48
Cəmiyyət

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.
Bu barədə departament rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - o yazıb.