ABŞ senatoru: “Güclü Türkiyə – güclü NATO deməkdir”
ABŞ-ın Respublikaçı senatoru Lindsi Qrem Vaşinqtonun Ankara ilə əməkdaşlığına xüsusi önəm verdiyini bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Türkiyə ilə münasibətləri “həyati dərəcədə əhəmiyyətli” hesab edir.
Senator qeyd edib ki, Türkiyə NATO-nun ayrılmaz tərkib hissəsidir və alyansın təhlükəsizliyində mühüm rol oynayır:
“Türkiyə NATO-nun ayrılmaz parçası və vacib üzvüdür. Biz F-35 məsələsində irəliləyiş əldə etmək istəyirik. Güclü Türkiyə – güclü NATO deməkdir”.
Qremin açıqlaması ABŞ–Türkiyə müdafiə əməkdaşlığı, xüsusilə də F-35 proqramı ilə bağlı danışıqların yenidən gündəmə gəldiyi bir vaxtda səslənib.
Musavat.com