Sosial şəbəkədə biz:
Bayden Ukraynaya Rusiyaya hücum etmək imkanı vermədi - Tramp:
Xəbər Şəkli

Bayden Ukraynaya Rusiyaya hücum etmək imkanı vermədi - Tramp:

22 August 2025, 08:53
Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi haqqında danışıb.

Bu barədə o özünün “Truth Social” hesabında paylaşım edib.

“İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq qeyri-mümkün deyilsə də, çox çətindir. Bu ona bənzəyir ki, idmanda hansıa bir komandanın fantastik müdafiə qabiliyyəti var, amma ona hücum etməyə icazə verilmir. Belə bir halda udmaq şansı yoxdur”- Tramp qeyd edib.

O, ABŞ-ın əvvəlki prezidenti Co Baydeni Ukraynaya hücum etmək icazəsi verməməkdə və sadəcə özünü müdafiə etmək həddində kömək götərməkdə ittiham edib.

Tramp bir daha vurğulayıb ki, əgər özü vəzifədə olsaydı Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi.