Sosial şəbəkədə biz:
BMT baş katibi: "Qəzzadakı əməliyyat şəhərin “sistemli dağıdılması”dır"
Xəbər Şəkli

BMT baş katibi: "Qəzzadakı əməliyyat şəhərin “sistemli dağıdılması”dır"

17 September 2025, 08:16
Dünya

İsrailin Qəzza şəhərinə genişmiqyaslı quru hücumu yaşayış məntəqəsinin sistemli şəkildə dağıdılmasıdır.

Bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

“Qəzzada bu gün baş verənlər dəhşətlidir. Biz rayonların kütləvi dağıdılmasını, Qəzza şəhərinin sistemli şəkildə yerlə-yeksan edilməsini görürük. Biz mülki şəxslərin kütləvi qətlini müşahidə edirik və mən baş katib olduğum müddətdə heç bir münaqişədə belə bir vəziyyətə rast gəlməmişəm”, – deyə o bildirib.