Sosial şəbəkədə biz:
Financial Times: İran "sağ qalma" strategiyasına keçib
Xəbər Şəkli

Financial Times: İran "sağ qalma" strategiyasına keçib

29 March 2026, 14:29
Dünya

İran raket hücumlarının intensivliyini azaldaraq daha qənaətli və mərhələli zərbə taktikasına keçib.

Financial Times yazır ki, Tehran artıq kütləvi hücumlar əvəzinə məhdud miqyaslı, fasilələrlə həyata keçirilən zərbələrə üstünlük verir.

Bu yanaşma qarşı tərəfə təzyiqi saxlamaqla yanaşı, raket buraxılış sistemlərinin aşkarlanması riskini azaltmağa və mövcud resurslardan daha səmərəli istifadə etməyə imkan yaradır. Ekspertlər bunu İranın ehtiyatlarını qorumağa yönəlmiş “sağ qalma strategiyası” kimi qiymətləndirir.

Məlumata görə, İran hələ də güclü raket arsenalına malikdir. Raketlərin bir hissəsi dərin yeraltı, möhkəmləndirilmiş obyektlərdə saxlanılır. Bununla belə, hücumların effektivliyi münaqişənin ilkin mərhələsi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Analitiklər qeyd edirlər ki, Tehran daha müasir bərk yanacaqlı raketlərini hələlik tətbiq etmir. Bu, ya strateji ehtiyatların qorunması, ya da Qərb kəşfiyyatının daimi nəzarəti şəraitində tətbiq imkanlarının məhdudluğu ilə izah olunur.

Eyni zamanda, hərbi istehsal və anbar infrastrukturuna endirilən zərbələr İranın silah ehtiyatlarını bərpa imkanlarını məhdudlaşdırır.

Qiymətləndirmələrə görə, İranbir müddət zərbələrini davam etdirə bilər, lakin əvvəlki hücum intensivliyinə qayıtması real görünmür. AzVision.az