Sosial şəbəkədə biz:
Gələn il Pakistanın Ermənistanda səfirliyi açılır
Xəbər Şəkli

Gələn il Pakistanın Ermənistanda səfirliyi açılır

04 December 2025, 08:38
Dünya

Gələn il Pakistanın Ermənistanda səfirliyinin açılması istiqamətində hər iki ölkənin diplomatik nümayəndələri fəal şəkildə işləyirlər

Bu barədə "NEWS.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb.

Ermənistan Xarici İşlər Nazirlyindən bildiriblər ki, bu kommünikedə hər iki dövlətin hökumətləri diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndəliklərin mübadiləsini aparmağa və bir-birinə zəruri yardımı göstərməyə razılıq veriblər.