Sosial şəbəkədə biz:

İçində azərbaycanlıların da olduğu 59 nəfər Gürcüstandan deportasiya edildi

İçində azərbaycanlıların da olduğu 59 nəfər Gürcüstandan deportasiya edildi
Xəbər Şəkli
13 September 2026, 09:12
Dünya

Son günlərdə 59 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycanın ümumilikdə 59 vətəndaşı ölkədən çıxarılıb.
Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.