Sosial şəbəkədə biz:
İran danışıqlarda ABŞ-ın şərtlərini qəbul etməyib
Xəbər Şəkli

İran danışıqlarda ABŞ-ın şərtlərini qəbul etməyib

12 April 2026, 08:33
Dünya

İran tərəfi Pakistandakı danışıqlarda ABŞ-ın münaqişənin həlli üçün təklif etdiyi şərtlərlə razılaşmayıb.

Bu barədə ABŞ vitse prezidenti Cey Di Vens deyib.

"Razılıq eldə etməyərək, ABŞ-a qayıdırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ "danışıqlar zamanı qırmızı xətlərimizin nə olduğunu, hansı məsələlərdə razılığa gələ biləcəyimizi və hansılarında razılığa gələ bilməyəcəyimizi aydın şəkildə izah edib".

"Şərtlərimizlə razılaşmamaq qərarına gəldilər". - deyə o əlavə edib.

Trend