Sosial şəbəkədə biz:
Rusiya bu ölkənin diplomatını qovdu
Xəbər Şəkli

Rusiya bu ölkənin diplomatını qovdu

04 September 2025, 16:20
Dünya

Rusiya Estoniya səfirliyinin əməkdaşını "Persona non grata" (arzuolunmaz şəxs) elan edib və ölkədən çıxarır.

"İnterfax" xəbər verir ki, 4 sentyabrda Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhteqi Rusiya XİN-ə çağırılıb.

Görüş zamanı Rusiya tərəfi 13 avqustda Estoniyanın Rusiyanın Tallindəki səfirliyinin əməkdaşını heç bir əsas göstərmədən "Persona non grata" elan etməsinə görə kəskin etirazını bildirib.

Rusiya XİN əlavə edib ki, qarşılıqlılıq prinsipinə əsasən, Estoniyanın Moskvadakı səfirliyinin bir əməkdaşı da ölkədən çıxarılır.