Sosial şəbəkədə biz:
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
Xəbər Şəkli

Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı

26 August 2025, 09:39
Dünya

Rusiya-Ukrayna müharibəsi şəxsi komponentin olmasına görə mürəkkəbdir, amma yenə də həll olunacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasındakı şəxsi çəkişmənin prosesə təsir göstərdiyinə eyham vurub.

“Açığı, mən Ukrayna və Rusiyanın ən asan olacağını düşünürdüm. Amma məlum oldu ki, burada şəxsiyyətlər (liderlər – red.) arasında genişmiqyaslı münaqişələr var. Ancaq biz bunu vaxtında dayandıracağıq. Bunu da dayandıracağıq”, - Tramp təfərrüatları açıqlamadan bildirib.