Sosial şəbəkədə biz:
Avtobuslarda gediş haqları artırılır
Xəbər Şəkli

Avtobuslarda gediş haqları artırılır

14 March 2026, 08:55
Gündəm

Bakı və paytaxt ətrafında müasir avtobuslarda gediş haqları artırılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumatında bildirilib.

Qeyd olunub ki, elektrik və ya sıxılmış təbii qaz (CNG) ilə işləyən, yalnız nağdsız ödəniş sistemi olan avtobuslarda şəhərdaxili gediş haqqı 50 qəpikdən 60 qəpiyə qalxıb. Belə olan halda da, paytaxtətrafı marşrutlarda məsafə və xərclər nəzərə alınaraq tariflər 70–90 qəpiyə çatır.

Məlumatda həmçinin bildirilir ki, artım yalnız müasir standartlara cavab verən avtobuslara aiddir,  köhnə tip avtobuslar və nağd ödəniş qəbul edən marşrutlarda qiymətlər dəyişməyib.

Qurumun açıqlamasına görə, bu dəyişikliyin məqsədi nağdsız ödəniş sistemini təşviq etmək və ekoloji təmiz avtobusların istifadəsini artırmaqdır.

2025-ci ilin sentyabrında Azərbaycanda metro və avtobusda qiymət 60 qəpiyə qalxıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, qiymət artımı yalnız nağdsız ödənişlə çalışan müntəzəm şəhərdaxili, rayondaxili, qəsəbələrarası və şəhərətrafı avtobuslaru, o cümlədən metronu əhatə edir.

Nazirlik deyib ki, qiymət artımı nağdsız ödənişlə olan elektrik və ya sıxılmış təbii qaz ilə işləyən avtobuslara aiddir və bu da paytaxtdakı belə avtobusların təxminən 30 faizini əhatə edəcək.Qurum nəğd ödəniş olan və ənənəvi yanacaqla işləyən marşrutlarda qiymətlərin dəyişməyəcəyini qeyd edib.