Sosial şəbəkədə biz:
Bu il neçə nəfər tələbə adı qazandı?
Xəbər Şəkli

Bu il neçə nəfər tələbə adı qazandı?

23 August 2025, 00:58
Gündəm

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Azinforum.az xəbər verir ki , Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib.

Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.