Sosial şəbəkədə biz:

“TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” – Fotolar

“TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə gətirər?” – Fotolar
Xəbər Şəkli
21 August 2026, 09:16
Gündəm

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürməsini əks etdirən fotolar yayılıb.
Fotoları jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında dərc edib.
“Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını  belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burada sağlam uşaq sağalmaz xəstəliyə yoluxar”, - R. Qurbanlı bildirib.
Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir.