Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir. Azinforum.az Oxu.Az-a istinadən xəbər verir ki, Xınalıq sakinlər alpinistlərin sağ qalma ehtimalının olduğunu deyib:
“Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, - yerli sakinlərdən biri deyib.
Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.
Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.