Sosial şəbəkədə biz:

Ronaldoya fantastik təklif - 5 ilə 300 milyon avro

05 January 2018, 21:02
Gündəm
Fransanın “Pari Sen-Jermen” klubu İspaniyanın “Real” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə müqavilə imzalamaq və ona beş il üçün 300 milyon avro ödəmək niyyətindədir. TASS-ın məlumatına görə, 32 yaşlı hücumçunun “Real” klubu ilə müqaviləsi iyunun 30-da bitməlidir. İspaniya KİV-lərinin məlumatına əsasən, futbolçu bu klubdakı məvacibindən narazıdır. PSJ-nin təklif etdiyi məbləğ isə argentinalı Leonel Messinin “Barselona” klubunda qazandığı vəsait ilə müqayisə olunur. Fransızların artıq Ronaldo ilə danışıqlara başladığı bildirilir.