“İrandakı rejimi dəyişmək asan məsələ deyil” - Keçmiş diplomat
Tehranın ABŞ-dakı səfiri Amerikanı İranın daxili işlərinə qarışmaqda ittiham edib.
Keçmiş diplomat, politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyib ki, İranda baş verən hadisələrə xarici dövlətlər tərəfindən bir başa müdaxilə olmasa da ABŞ etirazçıları dəstəkləyir: “ABŞ açıq şəkildə bəyan edir ki, etirazçıları dəstəkləyəcək və onların tərəfindədir. Ancaq bu da bəllidir ki, küçələrdə etiraz eməklə İrandakı rejimi dəyişmək asan məsələ deyil”.